понедельник, 22 февраля 2016 г.

QARABAĞIN ERMƏNİSTANIN İŞĞALINDAN AZAD EDİLMƏSİ İLƏ BAĞLI MİLLİ KONQRES PARTİYASININ 1-Cİ PROQRAMI






ERMƏNİSTANIN  ƏRAZİ  İDDİALARI  VƏ TƏCAVÜZÜ  NƏTİCƏSİNDƏ  YARADILMIŞ  QARABAĞ   KONFLİKTİNİN  HƏLLİ YOLU  İLƏ  BAĞLI  MİLLİ KONQRES PARTİYASININ  MÜƏYYƏN ETDİYİ SİYASƏT.
                                                                


 QARABAĞIN ERMƏNİSTANIN İŞĞALINDAN AZAD EDİLMƏSİ İLƏ BAĞLI  1-Cİ PROQRAM

SİYASİ SƏNƏDİN QURULUŞU


l. Ermənistanin  ərazi iddiaları və təcavüzü nəticəsində yaradılmış
   Qarabağ probleminin tarixinin dəyərləndirilməsi ;
ll. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə başlandıqdan  sonra
    Ermənistanın ərazi iddiaları və təcavüzü nəticəsində yaradılmış Qarabağ 
    probleminin həlli ilə bağlı vəziyyətin dəyərləndirilməsi ;
lll. Qafqazın geopolitik və geostrateji baxımdan dəyərləndirilməsi ;
lV. Azərbaycanın missiyası ;
V. Qafqazda Ermənistanın rolu ;
Vl. Ayrı-ayrı dövlətlərin Azərbaycanla və Qafqazla bağlı siyasəti :

    1. Rusiyanın siyasəti
    2. ABŞ-ın siyasəti
    3. Avropa Birliyinin siyasəti
    4. Türkiyənin siyasəti
    5. İranın siyasəti
    6. Gürcüstanın siyasəti
    7. Ermənistanın siyasəti

Vll. Qarbağ konfliktinin yaratdığı problemlər ;
Vlll. Ermənistanın ərazi iddiaları və təcavüzü nəticəsində yaradılmış Qarabağ  
        probleminin həlli ilə bağlı  Milli Konqres Partiyasının üstünlük verdiyi
        prinsiplər ;
lX. Ermənistanın Azərbaycana ərazi iddialarının, təcavüzünün, Qarabağ probleminin səbəbləri və bu problemin həlli ilə  bağlı  Milli Konqres Partiyasının təklifləri.

l. ERMƏNİSTANIN ƏRAZİ İDDİALARI VƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ                             YARADILMIŞ QARABAĞ PROBLEMİNİN TARİXİNİN 
DƏYƏRLƏNDİRİLMƏSİ

Ermənistanın ərazi iddiaları və təcavüzü nəticəsində yaradılmış Qarabağ məsələsi tarixən Rusiya imperiyasinin Yaxın və Orta Şərqi, o sıradan Azərbaycanı və Qafqazı işğal etmək, bu bölgənin xalqlarını bir-birinə qarşı qoyaraq onların idarəçiyini ələ almaq, dünyanın böyük dövlətləri arasında nüfuz uğrunda mübarizədə öz mövqeyini gücləndirmək, bölgənin sərvətlərini mənimsəyərək siyasi və iqtisadi gücünü artırmaq, rus şovinizminin tarixi işğalçılıq niyyətlərini gerçəkləşdirmək, Rusiyanı dünya dövlətinə çevirmək planlarının nətiçəsində ortaya çıxmışdır.
Rusiya imperiyası yaratdığı Qarabağ problemindən bütün dönəmlərdə Azərbaycan xalqının müstəqil, azad və bütöv yaşamaq haqqına qarşı istifadə etmiş, Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsini boğmaq məqsədilə bu problemdən yararlanmışdır. Nəticədə Azərbaycan, o sıradan Qafqaz xalqları 200 ilə yaxın bir tarixdə hüquqsuz və kölə vəziyyətində Rusiya imperiyasının tərkibində yaşamış, öz haqlarına sahib ola bilməmişdir.
Rusiyanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan parçalanmış, müstəqil yaşamaq imkanını itirmiş, Qafqazda sülh və sabitliyin, iqtisai, siyasi tərəqqinin təminatçısı olmaq missiyasını yerinə yetirə bilməmişdir.

 ll. AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ UĞRUNDA MÜBARİZƏ BAŞLANDIQDAN  SONRA  ERMƏNİSTANIN ƏRAZİ İDDİALARI VƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ YARADILMIŞ QARABAĞ  PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI VƏZİYYƏTİN DƏYƏRLƏNDİRİLMƏSİ

          1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə başlayanda hakimiyyətdə olan Kominist partiyası Azərbaycanın milli mənafeyinə qarşı iş görən bir qüvvə kimi çıxış etdi. Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Yaqub Məmmədovun rəhbərliyi dövründə xalqımız düşmənə qarşı mübarizəyə hazırlanmadı, nəticədə Azərbaycan Ermənistan və onu himayə edən dövlətlər qarşısında məğlub vəziyyətinə gətirildi.

1988-ci ildən başlayaraq bir-birinin ardınca dəyişdirilən hakimiyyətlər dövründə düşmənə qarşı xalqın mübarizəsi təşkil olunmadı, ordu yaradılmadı, dövlətin daxili və xarici siyasəti qəsdən yalnış müəyyənləşdirildi. Nəticədə Azərbaycan xalqına Ermənistan və onu himayə edən qüvvələr ağır zərbə vurdular. Bu hakimiyyətlərin milli mənafeyə uyğun olmayan siyasəti nəticəsində Qərbi Azərbaycandan türklər tamamilə qovuldu, Qarabağın dağlıq hissəsinin bütün ərazisi, o sıradan Şuşa, sonra isə Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edildi.

lll. QAFQAZIN GEOPOLİTİK VƏ GEOSTRATEJİ BAXIMDAN DƏYƏRLƏNDİRİLMƏSİ

Qafqaz Asiya-Avropa sərhədlərini  müəyyənləşdirən bir bölgədir. Şərqdə Xəzər dənizi, Qərbdə Qara dənizlə sınırlanan Qafqaz azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasına daxil olan Adıgey, Çeçenistan, Dağıstan, İnquş, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Quzey Osetiya Respublikalarından ibarətdir ;
Qafqazın ümumi ərazisi ayrı-ayrı qaynaqlarda 320-360 min kv kilometr göstərilir ;
Qafqaz dağları bölgəni Quzey və Güney (Transqafqaz) olmaqla iki yerə ayırır ;
Qafqazdakı dil qrupları: Ural-Altay (türk xalqları) 36,6%, İber-Qafqaz (gürcülər, çeçenlər, ləzgilər) 35%, Hind-Avropa (ermənilər, ruslar, farslar) 28%;
Qafqazdakı din qrupları: müsəlmanlar 55,9%, xristianlar 49,6%, türk əsilli musəvilər 0,4% ;
Qafqazda türklər bütövlükdə dil qrupunun 36,6%-ni, din qrupunun 65,5%-ni, ərazinin 56,6%-ni təşkil edirlər ;
Yarısı Avropada, yarısı Asiyada yerləşən Qafqaz, Avropa Rusiyası və Orta Asiya ilə Türkiyəni və Orta Şərqi bir-birinə bağlayır. Orta Asiyanın Qərbində dənizlərə çıxışın ən qısa yolu Qafqazdan keçir ;
Qafqazın qarışıq coğrafi, etnik, siyasi, iqtisadi, mədəni quruluşu var. Bölgə coğrafi bütün olmadığından tək bir dövlətin torpağı olması problemli məsələdir ;
Qafqaz 4 önəmli qonşu ilə sınırlanıb: Rusiya, Türkiyə, İran və Orta Asiya ;
■  Qafqaz coğrafiyasına və strateji qaynaqlarına görə dünya dövlətlərinin mənafe dairəsindədir ;
Qafqaz SSRİ dönəmində ikiqütblü dünyanın müəyyənləşmiş tərəfindən biri olan Sovetlər Birliyinin tərkibində olmuş, dünya dövlətləri də bölgəni SSRİ-nin mənafeyi çərçivəsində dəyərləndirmişdir ;
■Sovetlər Birliyi dağıldıqdan sonra dünyadakı tarazlıq pozulmuş, Şərqi Avropa, Orta Asiya, Balkanlar, Orta Şərqlə birlikdə Qafqazda dünyanın geopolitik baxımdan ən çox dəyişən bölgələrindən birinə çevrilmişdir ;
Sovetlər birliyinin dağılması ilə pozulmuş Şərq-Qərb, azad dünya ilə kommunist dünyası arasındakı tarazlığın yerinə yeni tarazlıq modelləri sürülür. İndi Qafqaz, o sıradan Azərbaycan bu tarazlıq modelinin tapılması çətinliyinin ortaya çıxardığı mərhələdə yaşayır. Proses bölgənin indiki siyasi, iqtisadi, mədəni fərqlərinin, güc qaynaqlarının dəyərləndirilməsi və buna uyğun yeni sabitlik modelinin yaradılması yönündə gedir. Rusiyanın Qafqazı öz monopoliyasında saxlamağa yönəlmiş siyasətinin iflasa uğrayacağı aydın görünür ;
■Qafqazın geopolitik dəyərinin getdikcə artması bölgədəki problemlərin həllinə yol açır. Bu dönəmdə qafqazın geopolitik və geostrateji baxımdan dəyərləndirilməsində aşağıdakılar önəmli yeri tutur :

Qafqaz dağları üzərində 3 strateji yol var : Xəzər dənizi sahil yolu, Qara dəniz sahil yolu, Nalçik-Tbilisi yolu. Xəzər sahil yolu üzərində Çeçenistan, Qara dəniz sahil üzərində Abxaziya, Nalçik-Tbilisi yolu üzərində Osetiya var. Bu bölgələrin üçü də münaqişə qaynağıdır. 
Qafqaz,  ilk sırada Azərbaycan neft və qaz ehtiyatları ilə zəngindir. Qafqaz, Orta Asiya (Türküstan) neft və qazının qərbə çatdırılması yolunun üstündədir.
Qafqaz Orta Asiyanın (Türküstan) dənizə çıxmaq ehtiyacını ödəyəcək, Xəzər dənizinə ən yaxın və qısa yol olan bölgədir.

 lV.  AZƏRBAYCANIN   MİSSİYASI

Bütöv Azərbaycan Qafqaz dövlətidir. Bütöv Azərbaycan Qafqazda sülhün, sabitliyin, siyasi, iqtisadi, sosial inkişafın, eləcə də Qafqaz missiyasının gerçəkləşdirilməsinin təminatçısıdır. Azərbaycan ərazisində Rusiya qoşunları yoxdur. Azərbaycan Qafqazda müstəqil yaşamağa qadir olan aparıcı dövlətdir.
Rusiya Qafqazı işğal etdikdən sonra imperiya ideoloqları Qafqazda sabitliyin təminatçısı kimi Rusiyanı göstəriblər. Milli Konqres Partiyası hesab edir ki, Qafqazda sabitliyi ancaq Bütöv Azərbaycan yarada bilər. Bu Azərbaycanın  tarixi missiyasıdır. Rusiyanın əsassız olaraq iddia etdiyi Qafqazda sabitlik və inkişafın açarı əslində Azərbaycanın əlindədir.
Milli Konqres Partiyasına görə  Azərbaycan Qafqazın iqtisadi, Bakı şəhəri isə siyasi və mədəni mərkəzidir.
Azərbaycan Böyük Ipək Yolunun ən strateji məntəqəsində yerləşir. Bu yolun Azərbaycansız fəaliyyət göstərməsi mümkün deyil.
Azərbaycan Orta Asiyanın (Türküstanın) Avropaya, dünyaya Rusiyasız ən qısa yolla çıxışını təmin edir. Avropanın Orta Asiyaya (Türküstana), Xəzər dənizinin enerji ehtiyatlarına ən qısa yolu Azərbaycandan keçir.

 V. QAFQAZDA   ERMƏNISTANIN   ROLU

Rusiyanın Yaxın və Orta Şərqi, o sıradan Qafqazı idarə etmək məqsədilə yaratdığı Ermənistan adlı qondarma dövlətin siyasi və iqtisadi baxımdan müstəqil yaşamaq imkanı yoxdur. Ermənistan parazit dövlət olaraq Rusiyanın işğalçılıq siyasətinin həyata keçirilməsində istifadə olunur və bunun hesabına yaşayır.
Ermənistan bu gün də Qafqazda sülh və sabitliyin yaranmasında maraqlı olmayan, bölgə dövlətlərinin   demokratik inkişafına çoxsaylı əngəllər yaradan Rusiyanın və İranın planlarının gerçəkləşməsində alətə çevrilib.
Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında süni olaraq yaradıldığına görə bu dövlətin heç bir hüquqi və tarixi əsası yoxdur. Ermənistanın müstəqil yaşamaq imkanı yoxdur və Ermənistanın parazit dövlət rolunu nəzərə alsaq erməni xalqının bu dövlətin varlığına da ehtiyacı yoxdur.
Milli Konqres Partiyası Azərbaycan missiyasına uyğun olaraq, humanizm prinsiplərindən çıxış edərək erməni xalqını imperialist dövlətlərin caynağından qurtarmaq məqsəd ilə Qərbi Azərbaycanda yaşayan ermənilərə Azərbaycanın tərkibində muxtariyyat hüququ verilməsini zəruri sayır.


Vl.  AYRI-AYRI DÖVLƏTLƏRİN  AZƏRBAYCAN  VƏ QAFQAZLA  BAĞLI  SİYASƏTİ

                                                     1. Rusiyanın siyasəti

■Sovetlər Birliyindən qalmış siyasi, iqtisadi, coğrafi, hərbi və strateji mirası  qoruyur, imperiya siyasətini davam etdirir ;
■Rusiya süni olaraq yaratdığı problemlərdən, o sıradan Qarabağ problemindən Azərbaycanın, başqa Qafqaz dövlətlərinin və xalqlarının azadlıq, müstəqillik haqqına qarşı, bu bölgədə Rusiyanın siyasi və iqtisadi mənafelərinin gerçəkləşdirilməsi üçün istifadə edir ;
■ Xəzərin enerji ehtiyatları üzərində Rusiyanın nəzarətini gücləndirirməyə çalışır ;
■ Böyük Ipək Yolu   siyasətinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Bunun yerinə Rusiya öz ərazisindən keçən Şimal yolundan istifadə olunmasında maraqlıdır ;
■ Neft və qaz boru kəmərlərinin Rusiya ərazisindən keçməsinə, nəqliyyat və başqa kommunikasiya xətləri üzərində Rusiyanın nəzarətinin təmin edilməsinə çalışır ;

2. ABŞ-ın siyasəti

■Müasir siyasi, iqtisadi mexanizmlərin möhkəmləndirilməsi, azad bazar və demokratiya prinsiplərinin inkişaf etdirilməsi ;
■ Konfliktlərin həll edilməsi ;
Qafqaz dövlətlərinin və xalqlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərində əməkdaşlıq  edilməsi ;
■Bölgənin,  o sıradan Azərbaycanın neft və təbii qaz ehtiyatları üzərində ABŞ - ın nəzarətinin təmin edilməsi ;
■Şərq-Qərb enerji nəqliyyat dəhlizinin, nəqliyyat və başqa kommunikasiya xətlərinin yaradılması və bu dəhlizin təhlükəsizliyinin təmin ediməsi ;
■ABŞ, Orta Asiya (Türküstan) və Qafqazı bir bütöv olaraq düşünür və bu bölgələrdə nəzarətini təmin etməyə çalışır ;
■ ABŞ Güney Qafqaz dövlətlərinin müstəqil yaşamasında, bu dövlətlərdə insan haqq və azadlıqarının qorunmasında maraqlıdır ;
■ABŞ Konqresinin “Azadlığa yardım haqqında” akta 907 saylı düzəlişi ləğv etməməsi ABŞ-ın Azərbaycanda maraqlarının təmin edilməsinə mənfi təsir göstərir ;
■ ABŞ Orta Asiya və Güney Qafqazı öz nüfuz dairəsi elan edib ;
■ ABŞ İranla bağlı siyasətində Azərbaycana  önəmli bölgə kimi baxır.

                                             3. Avropa  Birliyinin siyasəti

■Avropa Birliyinin Qafqaz və Azərbaycanla bağlı ciddi siyasəti 1997-ci ildən başlayaraq formalaşmaqdadır ;
■Avropa Birliyi Qafqaz və Azərbaycanla bağlı siyasətində çoxqütblü dünya sistemi prinsipini əsas götürür. Bu, ABŞ-ın təkbaşına hegemonluğuna qarşıdır. Avropa birliyi bir sıra məsələlərdə ABŞ hegemonluğuna qarşı durmaq üçün Rusiya ilə əməkdaşlıq edir ;
Xəzər nefti və Böyük İpək Yolu ilə bağlı məsələlərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır ;
■  Qafqazda və Azərbaycanda konfliktlərin  həll edilməsində maraqlıdır.
                            
4. Türkiyənin   siyasəti

■Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlıq edir ;
■Qafqazda nüfuzunu artırmağa, bölgənin enerji ehtiyatlarından maksimum faydalanmağa çalışır ;
■ Xəzər neft və qaz kəmərləri, Böyük İpək yolu siyasətinin gerçəkləşməsini, əsas neft ixrac kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə çəkilməsini müdafiə edir ;
■Azərbaycanın müstəqil inkişafında maraqlıdır və Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi prinsipləri əsassında həll edilməsinə çalışır ;

5.İranın siyasəti

İran Qafqazda nüfuzunu yaymağa, bölgənin enerji ehtiyatlarından faydalanmağa çalışır ;
İran Ermənistan və Rusiya ilə müttəfiq kimi çıxış edir ;
İran Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə mane olur ;
İran Qarabağ problemindən Azərbaycanın zəiflədilməsi vasitəsi kimi istifadə edir. İran Ermənistana siyasi, iqtisadi və hərbi baxımdan yardım edir ;
İran Güney Azərbaycanın müstəqil olmasının qarşısını almaq üçün Quzey Azərbaycan dövlətinin zəiflədilməsi siyasətini aparır ;
İran Azərbaycanın Xəzər nefti, Böyük İpək Yolu siyasətinin, əsas neft kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutunun gerçəkləşdirilməsinin əleyhinədir.

6. Gürcüstanın  siyasəti

■Gürcüstan ərazi bütövlüyünü qoruyub saxlamağa, münaqişə ocaqlarını söndürməyə çalışır ;
■Gürcüstan Rusiyanın bölgədə nüfuzunun azaldılmasına öz ərazisindən rus qoşunlarının çıxarılmasına çalışır ;
■Gürcüstan Azərbaycana strateji tərəfdaş kimi baxır. Gürcüstanla Azərbaycanın müstəqil dövlət kimi yaşamasının bir-birindən asılılığı dərk olunur və buna uyğun siyasət qurulur ;
■Gürcüstan siyasi və iqtisadi müstəqilliyinin təhlükəsizliyini təmin etmək üçün  Bakı-Tbilisi-Ceyran neft kəmərinin çəkilməsi, Böyük İpək Yolu siyasətinin gerçəkləşdirilməsi uğrunda mübarizə aparır ;
■Gürcüstan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması çərçivəsində həllini öz mənafeyinə uyğun sayır ;
■ Gürcüstan Azad Qafqaz Evinin qurulması yönündə siyasət aparır.

                                              7. Ermənistanın siyasəti

■ Ermənistan “Böyük Ermənistan” dövləti qurmaq ideyasını gerçəkləşdirməyə çalışır ;
■Ermənistan Qarabağın və başqa ərazilərin Azərbaycandan qoparılaraq özünə birləşdirilməsi yönündə siyasət qurub ;
■Ermənistan-Rusiya-İran strateji əməkdaşlığı Azərbaycanın zəiflədilməsinə yönəlib ;
■Ermənistan Rusiya və İranın Azərbaycana qarşı məqsədlərinin həyata keçirilməsində alət rolunda çıxış edir ;
■Böyük İpək Yolu, Xəzər nefti siyasəti və əsas neft kəmərinin Bakı-Tbilisi-Ceyran marşrutunun gerçəkləşdirilməsinin əleyhinədir.

Vll. QARABAĞ  KONFLİKTİNİN  YARATDIĞI PROBLEMLƏR

■Bu problemlərdən Orta Asiya (Türküstan), Azərbaycan, o sıradan Xəzərin enerji ehtiyatlarının Rusiya və İrandan yan keçən ixrac boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün istifadə olunur ;
■Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi, eləcə də Qafqaz bölgəsindəki başqa konfliktlər bu regionun siyasi, iqtisadi dirçəlişinə, sabitliyin yaranmasına başlıca maneədir ;
■Bu münaqışələr bölgə dövlətlərinin demokratik dövlət qurulucuğuna, insan haqq və azadlıqlarının qorunmasına ciddi problemlər yaradır, bölgənin Avropaya inteqrasiyasının qarşıısını alır ;
■Azərbaycanın ərazisinin 20%-ə qədəri işğal olunub. İşğal olunmuş bölgədən bir milyona yaxın insan didərgin düşərək evsiz-eşiksiz qalıb ;
■Münaqişənin davam etməsi, münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasına, BMT-nin Nizamnaməsinə, ATƏT-in başlıca prinsiplərinə uyğun olmayan həlli bölgədə əbədi qarşıdurmanın yaradılması deməkdir ;
■Qarabağ problemi Türkiyə, Azərbaycan və Orta Asiya (Türküstan) dövlətlərinin birliyinə və əməkdaşlığına qarşıdır. Bu konflikt Azərbaycanın bütövləşməsinə gedən yolun qarşısını kəsir.


Vlll. MILLI KONQRES PARTİYASININ  ERMƏNİSTANIN ƏRAZİ İDDİALARI VƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ YARADILMIŞ QARABAĞ PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI ÜSTÜNLÜK VERDİYİ PRİNSİPLƏR

■Problem Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi çərçivəsində həll olunmalıdır ;
■Problem BMT-nin Nizamnaməsi, BMT-nin bu məsələ ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamənin tələbləri, ATƏT-in başlıca müddəalarından olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğun yoluna qoyulmalıdır ;
■Qərbi Azərbaycandan qovulan azərbaycanlılar vətənlərinə qaytarılmalıdır ;
■ Azərbaycanın tərkibində ermənilərə muxtariyyat hüququ verilə bilər.


lX. ERMƏNISTANIN AZƏRBAYCANA ƏRAZİ İDDİALARININ, TƏCAVÜZÜNÜN, QARABAĞ PROBLEMİNİN SƏBƏBLƏRİ VƏ BU PROBLEMİN  HƏLLİLƏ BAĞLI MİLLİ KONQRES PARTİYASININ TƏKLİFLƏRİ

■Ermənistanin ərazi iddiaları və təcavüzü nəticəsində yaradılmış Qarabağ problemini həll etmək üçün ilk sırada bu məsələni ortaya çıxaran səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər aşağıdakılardır :
Rusiya və İran Azərbaycanın, o cümlədən başqa Qafqaz dövlətlərinin müstəqil yaşamasında maraqlı deyil. Bu dövlətlər Azərbaycan və Qafqazı öz nəzarətində saxlamağa çalışır. Azərbaycanın, Qafqazın Rusiya və Iranın təsir dairəsində olması bu dövlətlərə Orta Asiya (Türküstan) dövlətlərini də nəzarətdə saxlamaq imkanı verir.
Rusiya və İran Xəzər-neft siyasətini öz dövlətlərinin mənafelərinə uyğun həll etməyə çalışır. Bu dövlətlər Xəzər dənizi, onun enerji  ehtiyatları üzərində nəzarət imkanını saxlamağa və artırmağa cəhd edirlər.
Rusiya və İran Böyük İpək Yolu siyasətinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Bunun yerinə Rusiya öz ərazisindən keçən Şimal yolundan istifadə edilməsində maraqlıdır ;
Rusiya və İran əsas neft kəmərinin öz dövlətlərinin ərazisindən keçməsinə nail olmaq üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışır. Bu siyasət iqtisadi maraqla birgə Rusiya və İranın Azərbaycanı, Qafqazı, Orta Asiya (Türküstan) dövlətlərini siyasi, iqtisadi, hərbi nəzarətdə saxlamaq məqsədinə uyğundur. Bu ölkələrin müstəqilliyini məhdudlaşdırmaq cəhdidir.


 MİLLİ    KONQRES   PARTİYASININ
 TƏKLİFLƏRİ


■Azərbaycan dövlətinin müəyyənləşdirdiyi Xəzərin neft və qazının Qərb ölkələrinə çatdırılması marşrutları ilə bağlı siyasəti qətiyyətlə həyata keçirilməlidir ;
■Azərbaycan dövlətinin müəyyənləşdirdiyi əsas neft boru kəmərinin Bakı-Tbilisi-Ceyran marşrutu gerçəkləşdirilməlidir ;
■Azərbaycan dövlətinin müəyyənləşdirdiyi Böyük İpək Yolu siyasətinin gerçəkləşməsinin yönündə ciddi addımlar atılmalıdır. Bu nəqliyyat dəhlizinin iqtisadi səmərəliliyi artırılmalıdır ;
■ Ərazisindən Böyük Ipək Yolu, əsas neft və qaz ixrac boru kəməri keçən dövlətlər bu yolların təhlükəsizliyinə təminat verməlidir. Bu məqsədlə bu dövlətlər arasında siyasi və hərbi əməkdaşlıqla bağlı qərarlar qəbul edilməlidir ;
■Əsas neft boru kəmərinin marşrutunun İranla birgə həlli İran dövlətinin demokratikləşməsi, Azərbaycana qarşı Ermənistanla əməkdaşlıqdan imtina  edilməsi, Güney Azərbaycan türklərinin milli haqlarını, o sıradan öz müqəddəratını təyinetmə haqqını tanıması şərti ilə mümkün ola bilər. Bu halda Güney Azərbaycandan keçməsi mümkün olan neft kəməri İranın Azərbaycana təzyiq göstərmək vasitəsinə də çevrilmir. Ancaq bundan sonra Azərbaycan, ayrı-ayrı neft şirkətləri bu ərazidən neftin azad, sərbəst, təhlükəsiz şəkildə xarici bazarlara çıxarmaq imkanı əldə edə bilər ;
■Azərbaycan, o cümlədən Qafqaz Rusiyanın təsir dairəsindən çıxarılaraq Avropa ilə bütövləşməli, NATO-nun təhlükəsizlik sisteminə qoşulmalıdır ;
■Rusiyanın Ermənistanla hərbi ittifaqı və Ermənistana milyardlarla dollar miqdarında ən müasir silah verdiyi bir şəraitdə Rusiyanın strateji təyinatlı Qəbələ RLS-dən istifadə etməsi Azərbaycanın milli mənafeyinə ziddir. Bu hərbi obyektdən Rusiyanın istifadəsinə son qoyulmalıdır ;
■Qarabağ probleminin ədalətlə, beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün Ermənistanın strateji müttəfiqi, Ermənistanı silahla təmin edən, bu dövlətin ərazisində hərbi bazalarını yerləşdirən Rusiya ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılmalı, ya da bölgədə sülh və sabitliyin qorunmasında daha çox maraqlı olan Azərbaycanın strateji müttəfiqi Türkiyə dövləti də həmsədrlərdən biri olmalıdır. ATƏT-lə Azərbaycanın münasibətləri ancaq bu çərçivədə olmalıdır ;
■BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə nail olunmalıdır ;
■ Azərbaycanın strateji tərəfdaşları olan ABŞ, Türkiyə, Orta Asiya (Türküstan), Gürcüstan, o cümlədən başqa Qafqaz dövlətləri ilə siyasi, iqtisadi, hərbi, mədəni əlaqələr gücləndirilməlidir ;
■Azərbaycan demokratik inkişaf yolu ilə dönmədən, ardıcıl, qətiyyətlə getməlidir. Azərbaycanın milli mənafeyinin gerçəkləşdirilməsi demokratik müctəvidə həyata keçirilməlidir. Xalqa doğru yol göstərmək, xalqın problemlərini həll etmək imkanı olan siyasi və başqa təşkilatlar məsələlərin həllində Azərbaycanın Konstitusiyasına, qanunlarına uyğun olaraq xalqın iradəsi əsasında iştirak etməlidir. Milli mənafeyə uyğun fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatların əməkdaşlığına nail olunmalıdır ;
■ Qısa müddətdə Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək məqsədilə xarici investisiyaların artırılması ilə birgə, Azərbaycanın iş adamlarının xüsusi təşəbbüsü ölkənin iqtisadi inkişafına cəlb edilməlidir. Azərbaycan iqtisadi baxımdan özünü təmin edə bilən səviyyəyə gətirilməli, dövlət güzəşti təmin edilərək modern kənd təsərrüfatı yaradılmalıdır ;
■Milli Ordu, təhlükəsizlik, polis orqanları Azərbaycanın qarşısında duran vəzifələrin həyata keçirilməsinə, o sıradan işğal altında olan torpaqların azad edilməsi üçün zəruri olan hazır vəziyyətə gətirilməlidir. Bu hazırlıq şəxsi heyətin formalaşdırılmasından başlayaraq ən müasir silahlarla təmin olunmağı da əhatə etməlidir ;
■Qaçqınların tezliklə torpaqlarına qaytarılması üçün görülən işlər gücləndirilməklə yanaşı, şəhid ailələrinə, müharibə əlillərinə qayğı artırılmalıdır. Qaçqınların sosial vəziyyəti yaxşılaşdırılmalı, işğaldan azad ediləcək torpaqların iqtisadi, sosial baxımdan bərpası üçün hazırlıq işləri görülməlidir ;
■ Azərbaycanın siyasi həyatı qarşıdurmadan siyasi bütövləşməyə doğru getməlidir. Siyasi bütövlük azad cəmiyyət, çoxpartiyalılıq, plüralizm prinsipləri çərçivəsində mümkündür ;
■ Hakimiyyətlə müxalifət qarşılıqlı addımlar ataraq məsələlərin həllində siyasi dialoqa üstünlük verməlidir. Hakimiyyətlə müxalifətin münasibətlərinin əsasında Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan normalar, Azərbaycanın milli mənafeyi və Azərbaycan xalqının iradəsi durmalıdır ;
■ Milli birliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələri arasında qarşılıqlı inam və əməkdaşlıq gücləndirilməli, dövlətin və cəmiyyətin idarə edilməsində qanunun, ədalət prinsiplərinin üstünlüyü təmin edilməli, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi tədbirlər görülməlidir ;
■ Azərbaycanın qarşısında duran məsələlərin həllində dünya azərbaycanlılarının və Güney Azərbaycan türklərinin gücü birləşdirilməlidir. Onların Azərbaycan Respublikasının vətəndaşı olmaq imkanları artırılmalıdır.





MİLLİ KONQRES PARTİYASININ SƏDRİ  İXTİYAR  ŞİRİNİN  RƏHBƏRLİYİ İLƏ  HAZIRLANMIŞ SİYASİ SƏNƏD PARTİYANIN İDARƏ HEYƏTİNİN 5 DEKABR 1998-Cİ İL TARİXLİ İCLASINDA QƏBUL EDİLMİŞDİR.
          ERMƏNİSTANIN ƏRAZİ İDDİALARI VƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ YARADILMIŞ QARABAĞ PROBLEMİNİN HƏLLİ YOLU İLƏ BAĞLI MİLLİ KONQRES PARTİYASININ PROQRAMI PARTİYANIN 1998-Cİ İL DEKABR AYININ 19-DA KEÇİRİLMİŞ MƏCLİSİNDƏ TƏSDİQ EDİLMİŞDİR.
          ERMƏNİSTANIN ƏRAZİ İDDİALARI VƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ YARADILMIŞ QARABAĞ PROBLEMİNİN HƏLLİ YOLU İLƏ BAĞLI MİLLİ KONQRES PARTİYASININ PROQRAMI SIRALARINDA 90 TƏŞKİLATI BİRLƏŞDİRƏN DEMOKRATİK ALYANSIN 1998-Cİ İL DEKABR AYININ 17-DƏ KEÇİRİLMİŞ KONFRANSINDA QƏBUL EDİLMİŞDİR.