пятница, 8 мая 2015 г.

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN TƏCAVÜZKAR ERNƏNİSTANLA HAVA VƏ QURU SƏRHƏDLƏRİNİN 5 APREL 1993-CÜ İL TARİXDƏ BAĞLANMASINDA İXTİYAR ŞİRİNİN ROLU DANILMAZDIR






  Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirin Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Türkiyə Cümhuriyyətinin  Ermənistanla quru və hava sərhədlərinin bağlanmasının təşkilatçılarından biridir. O, 1993-cü ilin mart ayının sonları və aprelin ilk günlərində  Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən Kəlbəcər işğal ediləndə Azərbaycan Silahlı Qüvvələrinin gücsüzlüyünün şahidi oldu. . Hələ Kəlbəcərin tam süqutu elan ediləndən bir-iki gün əvvəl İxtiyar Şirinə çox yaxın olan bir şəxs hansısa yollarla Rusiyadan gətirdiyi Rusiyanın Azərbaycanın indiki işğal edilən ərazilərimizdən daha geniş ərazinin erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə planları ilə və bunu təsvir edən xəritə ilə onu tanış etdi. Kəlbəcərdən gələn məğlubiyyət xəbərləri onu bu gördüklərinə inandırdı. O, Azərbaycan hakimiyyətinin və ordunun bu işin öhdəsindən təkbaşına gələ bilməyəciyini bildiyi üçün ona çox yaxın olan Türkiyə hökumətinə bağlı bir nəfəri dərhal bu sənədlərlə Ankaraya vəziyyət barədə məlumat verməyə göndərir.  Ankaradan vəziyyətin Süleyman Dəmirələ məruzə edildiyini və  İxtiyar Şirinin dərhal oraya getməyinin zəruri olduğunu bildirdilər. O, prezident Əbülfəz Elçibəyə bunlar barədə məlumat verib, Türkiyə ilə Azərbaycanın hazırkı vəziyyəti barədə danışıqlar olduğunu bildirir.  İxtiyar Şirin prezidentə ölkənin durumu barədə Baş Bakan Süleyman Dəmirələ məruzə olunduğunu, danışıqlar üçün onun Ankaraya dəvət edildiyini deyib.  Əbülfəz bəy onun adından danışmaq səlahiyyətini İxtiyar Şirinə verdikdən sonra Baş Prokuror dərhal Türkiyəyə gedib. Onun əvvəllər Süleyman Dəmirəllə şəxsi tanışlığı da yox idi. O, Türkiyəyə prezidentin adından gedirdi və orada deyiləcək sözlər də Azərbaycan dövlətinin adından deyiləcəkdi. İxtiyar Şirin aprelin 3-də Ankaraya getmiş və elə həmin gün də Süleyman Dəmirəllə görüşmüş, Azərbaycanın vəziyyəti, dövlətin, o cümlədən silahlı qüvvələrin nələrə ehtiyacı olduğunu, ona bildirmişdir. Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə başlanmışdır. İlkin olaraq Süleyman Dəmirəl 5 aprel 1993-cü il tarixdə bəyanatla çıxış edərək Ermənistanı  dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb etdi, Türkiyənin Ermənistanla bütün quru və hava sərhədlərinin bağlandığını elan etdi. Quru və hava sərhəddinin bağlanmasının əsas səbəbi əsasən Türkiyənin hava və quru sərhədləri vasitəsi ilə Amerika Birləşmiş Ştatlarından, bir sıra Avropa və ərəb ölkələrindən Ermənistana  terrorçu qüvvələrin, silah və sursatın daşınmasının qarşısını almaq, həm də təcavüzkar dövlətin iqtisadi və siyasi blokadaya alınması idi. Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı. Bu da Türkiyə Silahlı Qüvvvələrinin Ermənistana "biz hər şeyə hazırıq" mesajı idi. İşğalın qarşısını almaq üçün Türkiyə və Azərbaycan arasında qurulacaq hərbi-siyasi münasibətlər barədə və ediləcək yardımlarla bağlı Türkiyə və Azərbaycan arasında sazişlər və protokollar imzalandı. Bir neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175 yüksək hazırlıqlı türk zabiti göndərildi. Bu o dövr üçün, elə hazırkı dövr üçün də ordu hazırlığı üçün çox böyük qüvvə idi. Bundan əlavə xeyli hərbi və tibbi ləvazimatlar dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə diplomatiyası da  Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk zabitləri də Azərbaycana gələn kimi dərhal hərbi çağırış həyata keçirildi və 15 min sağlam, hərbiyə yararlı gənc türk zabitlərinin sərəncamına verildi. Onlara çox güclü təlimlər keçitilməyə başlanıldı. Türkiyənin  qərarı belə idi ki, hər 3 aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü verməliydi. İlkin olaraq 15 minlik döyüşə tam hazır qüvvələri oktyabr ayında Azərbaycan Silahlı qüvvələri təhvil alacaqdı. Yüksək standartlara cavab verən ordu hazırlanacaqdı. Bu ordu bir gündə 30-40 kilometr piyada, döyüşərək irəliləməyə qadir olan ildırımsürətli bir qüvvəyə çevriləcəkdi. Nəticədə Azərbaycan ordusu regionun bir nömrəli ordusu olacaqdı.
   Ermənistan və Rusiya da bizim hazırlıqlarımızdan təlaşa düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan hökuməti  Kəlbəcərin sentyabrın əvvəllərində işğaldan azad ediləcəyinə razılıq verdilər. Ancaq Rusiyanın, Ermənistanın və onların Azərbaycandakı  agentlərinin birgə hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu. Gəncə qiyamı Azərbaycanı demək olar ki, məhv etdi. Bu qiyamın ardından qısa müddətdə Azərbaycanda Rusiyanın və Ermənistanın planları gerçəkləşməyə başladı. Düşmən Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdi.
   Hazırda isə Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox- işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi tələb olunur.

Комментариев нет:

Отправить комментарий