пятница, 20 февраля 2015 г.

3. İXTİYAR ŞİRİNİN YÜKSƏK DÖVLƏT VƏZİFƏLƏRİNDƏ GÖRDÜYÜ İŞLƏR



                          
   
   Azərbaycanda müstəqillik tərəfdarları ilə müstəqilliyiın əleyhinə olan qüvvələrin arasında gedən siyasi mübarizənin nəticəsində 1991-ci ilin noyabr ayında Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri 50 xalq deputatından (25 hakimiyyət +25 müxalifət) ibarət Milli Şuraya verildi. Hakimiyyəti təmsil edən deputatların heç biri vəzifəsindən istefa verib Milli Şuraya gəlmədiyi halda, Azərbaycan Respublikasının Xalq derutatı olan İxtiyar Şirin Beyləqan rayon prokuroru vəzifəsindən istefa verib Milli Suranın üzvü, hüquq siyasəti komissiyasının sədri seçildi. Ali qanunverici orqanın komissiya sədri kimi İxtiyar Şirin Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirən, dövlət quruculuğu məsələlərini həll edən, dövlət orqanlarının hakimiyyətdəki yerini müəyyən edən bir çox qanunların hazırlanmasına başçılıq etdi. Onun hazırlayıb təqdim etdiyi qanuıı layihəsinin Azərbaycan Respublikası Ali Sovetində müzakirə edilərək qəbul edilməsi nəticəsində Azərbaycanın ali qanunverici orqanının 1918-ci ildə müəyyən edilən tarixi adı bərpa edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adı Azərbaycan Respublikası Milli Məclisi adı ilə əvəz olundu.
   Azərbaycanın istiqlalı və milli dövlət quruculuğu uğrunda mübarizə aparan İxtiyar Şirin Müsavat Partiyasının Azərbaycan Respublikasında bərpa edilməsi üçün yaradılan bərpa qrupunun 20 nəfər üzvündən biri seçildi. Milli Şurada dövlət quruculuğu və hüquq siyasəti ilə bağlı bir sıra işlərin görülməsinə və qanunların hazırlanmasına nail olan İxtiyar Şirin 1992-ci il may ayının 18-də hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinin təklifini qəbul etdi və o, 20 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri təyin edildi.
  Onun rəhbərliyi ilə qısa müddət ərzində dövlət quruculuğu, məhkəmə islahatlarının aparılması və cinayətkarlıqla mübarizə işlərinin təşkili üçün dövlət siyasətini müəyyən edən konsepsiyalar hazırlandı, Azərbaycan Respublikasının yeni konstitusiyasının layihəsi hazırlanmağa başlandı. Dövlət müşaviri İxtiyar Şirinin təklifi ilə dövlət sərhəddinin müəyyən edilməsi üçün Baş nazirin sədrliyi ilə dövlət komissiyası işə başladı, respublikanın sərhəd qoşunlarının yaradılmasına və dövlət sərhəddinin Rusiya sərhəd qoşunlarından təhvil alınmasına başlandı. Onun başçılıq etdiyi dövlət müşavirliyinin gördüyü işlərin nəticəsində respublikanın gömrük orqanları, respublika prezidenti yanında xüsusi idarə, prezident qvardiyası yaradıldı və fəaliyyətə başladı. Hərbi tribunal, hərbi prokurorluq, arbitraj məhkəməsi təşkil edildi, milli təhlükəsizlik orqanlarının strukturu və fəaliyyəti təkmilləşdirildi.
   İxtiyar Şirin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin davamlı təkidlərindən sonra Azərbaycan Respublikasının Baş Prokuroru olmağa razılıq verdi və o, 14 oktyabr 1992-ci il tarixdə Azərbayca Respublikasının Prezidenti Əbülfəz Elçibəyin təqdimatı ilə Azərbaycan Respublıkası Milli Məclisi tərəfindən bu vəzifəyə təyin edildi.
   Baş prokuror İxtiyar Şirin dərhal prokurorluqda struktur dəyişiklikləri etdi, prokurorluğun ştat sayını 300 nəfər artırdı, pensiyaya göndərilmiş təcrübəli işçilərin müəyyən hisəsəsini prokurorluğa qaytardı. Rusiyada, keçmiş ittifaqın digər respublikalarında prokurorluqda çalışan və müstəqillik qazanmış vətənə dönmək istəyən onlarla azərbaycanlını prokurorluğa işə qəbul etdi, attestasiya komissiyasının keçirdiyi sınaq imtahanlarından uğurla keçən yüzlərlə gənc hüquqşünasları prokurorluğa işə qəbul etdi. O, bacarıqlı, bilikli və vicdanlı prokurorluq işçilərini Baş prokurorluqda mühüm vəzifələrə, şəhər və rayon prokurorları, prokurur müavinləri vəzifələrinə təyin etdi. Baş prokurorun təklifi ilə prokurorluq işçilərinin əmək haqlarının  artırılması, döyüş bılgələrinin prokurorluq işçilərinin əmək haqlarının iki dəfə artırılması, onların iş və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Respublika Prezidenti Əbülfəz Elçibəy və Azərbaycan Respublikası Milli Məclisi qərarlar qəbul etdi.
  Görülən tədbirlər nəticəsində prokurorluqda əmək intizamı möhkəmləndirildi, işlərin keyfiyyəti və operativliyi artırıldı. Fəaliyyət qabiliyyəti və məsuliyyəti artırılan prokurorluğun fəaliyyəti göcləndi, prokurorluq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən vəzifələrini uğurla yerinə  yetirməyə başladı.
  Azərbaycan Respublikasının Baş Prokuroru İxtiyar Şirin prokurorluğun bütün sahələrində ciddi dönüş yarada bildi.
   Vətəndaşların ərizə və şikayətlərinə baxılmasına Baş prokuror özü rəhbərlik etməyə başladı. Baş prokurorluğa daxil olan yüzlərlə ərizə və şikayətləri İxtiyar Şirin özü oxuyub hər birini nəzarətə götürür, bütün ərizələrə baxılmasının nəticələri onun özünə məruzə edilirdi. Bütün ərizələrə obyektiv və vaxtında baxılması üçün Baş prokurorluğun aparatı bütünlüklə səfərbər edilmişdi. İxtiyar Şirinin Baş prokuror təyin edildiyi ilk günlərdə Baş prokurorluğa hər gün yüzlərlə ərizə və şikayətlər daxil olurdusa və onların da böyük bir hissəsi təkrar ərizələr idisə, görülən işlərin nəticəsində təxminən 3-4 aydan sonra  Baş prokurorluğa hər gün artıq bir neçə ərizə və şikayət daxil olurdu. Baş prokuror onun qəbuluna gələn şəxsləri hər gün və dərhal qəbul edir, onların şikayət və müraciətlərinə qısa zaman ərzində baxılmasını təşkil edirdi. Bıınun nəticəsində Baş prokurorun qəbuluna gələn şikayətçilərin sayı da bir neçə dəfə azaldı.
  Vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qanunlara uyğun baxılması nəyicəsində onlarla qəsdən adam öldürmə və başqa ağır cinayətlərin üstü açıldı, cinayət etmiş şəxslər məsuliyyətə cəlb edildilər, yüzlərlə vətəndaşın pozulmuş hüquqları bərpa edildi.
   Baş prokurorun gördüyü tədbirlər nəticəsində  bütün respublikada aylarla və illərlə süründürülmüş yüzlərlə cinayət işlərinin ibtidai istintaqı qısa zaman ərzində tamamlandı və bu işlər üzrə qanuni qərarların qəbul edilməsi təmin edildi.
Qəsdən adam öldürmə haqqında olan, о cümlədən siyasi motivlərlə baş verməsi şübhə edilən qəsdən adam öldürmə cinayətlərinin istintaqı xüsusi nəzarətə götürüldü. Bunun nəticəsində bu işlərin istintaqı fəallaşdı, bir sıra işlər üzrə cinayət etmiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edildilər.
   20 yanvar hadisələri, Xocalı soyqırımı, Şuşa və Laçının işğal edilməsi faktları üzrə olan cinayət işlərinin istintaqı İxtiyar Şirin Baş prokuror təyin edildikdən dərhal sonra onun bilavasitə rəhbərliyi ilə yenidən təşkil edildi, bir neçə ay ərzində minlərlə istintaq hərəkətləri yerinə yetirildi, bu cinayətləri etmiş şəxslər məsuliyyətə cəlb edilmyə başlandı.
Prokurorluğun fəaliyyətində edilən müsbət dəyişikliklər nəticəsində bu təşkilata ölkə vətəndaşlarının inamı artmağa başladı.

Ardı var...