четверг, 9 октября 2014 г.

2. AZƏRBAYCANIN MİLLİ İSTİQLALI UĞRUNDA GEDƏN MÜBARİZƏ DÖVRÜNDƏ İXTİYAR ŞİRİNİN SİYASİ FƏALİYYƏTİ


   Azərbaycanda 1988-ci ildən başlayan milli azadlıq hərəkatını müdafiə edən Bakı şəhəri Qaradağ rayon prokuroru İxtiyar Şirinin təklifi ilə Qaradağ Rayon Soveti 12 yanvar 1990-cı il tarixdə Qarabağ probleminin həlli və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması tələbi ilə bağlı qərar qəbul edib, bu qərarı  Azərbaycan SSR Ali Sovetinə göndərdi. 1990-cı il yanvar ayının 20-də Sovet ordusunun Bakı şəhəri Qaradağ rayonunda törətdiyi cinayətlərə görə rayon prokuroru İxtiyar Şirin dərhal cinayət işi başlayıb istintaq aparmağa başladı. O, SSRİ rəhbərliyinin bu cinayətlərinə etiraz etdi. O, Bakını işğal etmiş rus hərbiçilərinin yerli hakimiyyətlə birlikdə 200 nəfər Azərbaycan xalq cəbhəsi fəallarının həbs edilməsinin qarşısını aldı.

   İxtiyar Şirin respublikada və Qaradağ rayonunda xalqın içində  qazandığı hörmət və nüfuzuna görə 1990-cı ilin sentyabr ayında parlament seçkilərində Qaradağ rayonu 13 saylı seçki dairəsindən respublika rəhbərliyinin iradəsinə zidd olaraq seçicilərin səslərinin 70%-ni qazanıb Azərbaycan Respublikasının xalq deputatı seçildi. İxtiyar Şirinin Moskvanın hərbi və təhlükəsizlik qüvvələrindən, respublikada və rayonda Moskvanın kolonial siyasətini  müdafiə edən qüvvələrdən çəkinməyərək öz şəxsi azadlığını və vəzifəsini təhlükə altmda qoyaraq açıq müdafıə etdiyi və həbslərdən xilas etdiyi yüzlərlə Azərbaycan Xalq Cəbhəsi üzvləri və başqa milli vətənpərvər qüvvələr də seçkilərdə onu müdafiə etdilər, onun liderliyi ilə Qaradağ rayon sovetinə və Bakı şəhər sovetinə seçkilərdə qələbə qazanıb, ixtiyar Şirin də daxil olmaqla 16 nəfər rayon sovetinin, bir nəfər isə Bakı şəhər sovetinin üzvləri seçildilər. Bu, İxtiyar Şirinin Azərbaycanın dövlət müstəqilliyi ugrunda apardığı mübarizəsinin və siyasi fəaliyyətinin birinci nəticəsi idi.


   1990-cı il parlament seçkilərində namizədlikləri irəli sürülən və Azərbaycan Respublikasının xalq deputatı seçilən 300 nəfərə qədər  vəzifəli şəxslərin içindən bir neçə nəfər, ocümlədən İxtiyar Şirin seçkilərə Azərbaycanın dövlət müstəqilliyi platforması ilə qatılmışdı. Onun milli və cəsarətli siyasi mübarizəsini digər vəzifəli şəxslər qorxu və vahimə içərisində izləyirdilər. İxtiyar Şirin bu seçkilərdə Azərbaycanın tam dövlət nıüstəqilliyini tələb edən, cəsarəti ilə seçilən, müstəqil Azərbaycanın dövlət, siyasi, hüquqi, hərbi, təhlükəsizlik, iqtisadi, sosial və başqa sahələrdə quruculuq məsələləri ilə bağlı olan, doğruluguna, mükəmməlliyinə və uzaqgörənliyinə artıq heç bir şübhə yeri qalmayan siyasi platforma ilə çıxış etdi. Maraqlı burasıdır ki, həmin siyasi platformanın Azərbaycan üçün ən doğru yol olduğu əksər siyasi qüvvələr tərəfındən də qəbul edilirdi. Bu siyasi platformanın əsas tezisləri bunlardır :

l. Azərbaycanın siyasi, iqtisadi və digər mənafeləri SSR İttifaqı çərçivəsində təmin edilmədiyinə görə, Azərbaycan xalqının azad, fıravan həyatını qurmaq, onun başı üstünü almış təhlükələrdən xilas ctmək üçün Azərbaycan Respublikasınm dövlət müstəqilliyinin bərpa edilməsi zəruridir;

2. Yeni seçilmiş parlament Azəbaycan xalqının iradəsini ifadə edərək Azərbaycanın istiqlaliyyətini, tam siyasi və iqtisadi müstəqilliyini bərpa etməlidir;

3. Dağlıq Qarabağın, Naxçıvanın və başqa ərazilərin Ermənistanın işğalından müdafiə etmək, respublikanın təhlükəsizliyini, ərazi bütövlüyünü və dövlət müstəqilliyini mudafiə etmək üçün milli ordu yaradılmalıdır;

4. Sülhü, əmin-amanlığı qorumaq, baş verə biləcək təcavüzlərin qarşısını almaq məqsədi ilə bir çox dövlətlərin səylərini və qüvvələrini birləşdirmək üçün SSR İttifaqına daxil olan respublikalarla və digər dövlətlərlə yeni təhlükəsizlik sistemi yaradılmalıdır;

5. Respublikada aşağıdan yuxarıyadək çoxpartiyalılıq şəraitində demokratik prinsiplərə əsaslanan xalq hakimiyyəti yaradılmalıdır;

6. İnsan hüquq və azadlıqlarına tam əməl edilməsi təmin edilməlidir;

7. Mülkiyyətin bütün formaları müdafiə edilməli və onların inkişafı üçün yeni şərait yaradılmalıdır;

8. Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin aynlması təmin edilməlidir;

9. Aşkarlıq, о cümlədən respublika vətəndaşlarının informasiya almaq hüququnun gerçəkləşməsi təmin edilməlidir;

10. Azərbaycan xalqına məxsus olan sərvətlərə, milli gəlirə respublikanın  real sahiblik, sərəncam, istifadə hüququ təmin edilməlidir;

11. Respublika ərazisində yerləşən ittifaq tabeli müəsisələr respublikanın mülkiyyəti elan edilməlidir;

12. 1920-ci ildən başlayaraq respublikadan əvəzsiz ixrac edilmiş sərvətlərin dəyəri, xalqımıza vurulmuş maddi zərər müəyyən edilməlidir;

13. İttifaq xəzinəsindəki almaz və qızıl fondunda respublikamızm milli gəliri hesabına yaradılmış payı müəyyən edilməli və bunların Azərbaycan xalqına qaytarılması təmin edilməlidir;

14. Dövlət mülkiyyətində olan müəsisələr özəlləşdirilməli, özəlləşdirmə zamanı əmək kollektivlərinə üstünlük verilməli və səhmlərin ən azı 51%-i əmək kollektivlərinə verilməlidir;

15. Torpaq kəndlilərin mülkiyyətinə verilməlidir;

16. İşsizlərin sosial müdafiə fondu yaradılmalı, işsizlər 6 ay müddətində axırıncı iş yerindəki orta aylıq əmək haqqı həcmində müavinətlə təmin edilməli, onlara yeni ixtisaslar öyrədilməli, işlə təmin edilməlidirlər;

17. Gündəlik tələbat mallarının qiymətlərinin artımına uyğun olaraq aztəminatlı və çoxuşaqlı ailələrə verilən müavinətlər artırılmalıdır;

18. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, 1920-ci ildən başlayaraq Azərbaycan torpaqlarının başqa respublikalara verilməsinə, 1990-cı il yanvar ayında sovet ordusunun Bakıda və respublikanın başqa şəhər və rayonlarında törətdiyi cinayətlərə qiymət verilməlidir.



   İxtiyar Şirinin bu siyasi platformasındakı müddəaların bir çoxu onun özünün xalq deputatı, Milli Şuranın üzvü kimi bilavasitə iştirak etdiyi müstəqillik uğrunda mübarizə və milli dövlət quruculuğu fəaliyyəti nəticəsində gerçəkləşdi və hazırkı dövrdə də bu müddəaların bir hissəsinin, o cümlədən Qarabağın işğaldan azad edilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik seçkilərin keçirilməsi, sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması ilə bağlı müddəaların gerçəkləşməsi üçün aparılan siyasi fəaliyyət Azərbaycanın ümumsiyasi fəaliyyətinin tərkib hissəsi kimi siyasi partiyaların gündəliyində qalmaqda davam edir.

  Platformada Dağlıq Qarabağın, Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın başqa ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi təhlükəsinin real olaraq mövcud olmasını və bunun  qarşısının alınması üçün milli ordunun yaradılmasının, ölkənin müdafiəsinin gücləndirilməsi üçün Azərbaycanın da daxil olduğu yeni təhlükəsizlik sisteminin qurulmasının zəruriliyini göstərən 4-cü və 5-ci müddəaların irəli sürülməsi onun Azərbaycanın strateji məsələlərini çox dəqiq müəyyən etmək və bu məsələlərin doğru həlli yolunu göstərmək qabiliyyətinin və bacarığınm olduğunu göstərdi.

  Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürməsi, apardığı işğalçı müharibə nəticəsində Dağlıq Qarabağı, о cümlədən Şuşa şəhərini, habelə Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını işğal etməsi, Naxçıvaı da işğal etmək üçün cəhdlər etməsi Ermənistanın işğalçı niyyətləri və onların bu niyyətlərinin qarşısının ahnması ilə bağlı İxtiyar Şirinin hələ 1990-cı ildə elan etdiyi siyasi platformasının müddəalarının kifayət qədər doğru olduğunu göstərir. Təəssüf ki, Azərbaycan hakimiyyətlərinin və müəyyən siyasi qüvvələrin bacarıqsızlığı, məsələləri bilməməsi, bəzən isə xəyanətkarlıqları, qorxaqlıqları və fəaliyyətsizlikləri Ermənistana Rusiyanın da yaxından köməkliyi ilə 1991-ci ildən başlayaraq Azərbaycan torpaqlarını işğal etməsinə imkan verdi.

  İxtiyar Şirinin Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğu üçün onun Bakıdan uzaqlaşdırılması məqasədi ilə respublika rəhbərliyi onun Beyləqan rayon prokuroru təyin edilməsinə nail oldu. Ancaq bu, İxtiyar Şirinin parlament fəaliyyətinə mane ola bilmədi. Parlamentdə həm Azərbaycanın istiqlaliyyətinin müdafiəsi, həm də qanun yaradıcılığı ilə bağlı ciddi fəaliyyət göstərməyə başladı. О, 14 mart 1991-ci il tarixdə Azərbaycan Respublikasınm SSR İttifaqı tərkibində saxlanması ilə bağlı Azərbaycan Respublikası Ali Sovetində keçirilən müzakirədə ona qarşı olan təzyiqlərə baxmayaraq, Azərbaycanda belə bir referendumun keçirilməsinə qarşı çıxdı və bu qərarın əleyhinə səs verən 43 deputatdan biri, vəzifəli şəxslərin içərisində isə 3 deputatdan biri oldu.



Ardı var...