Milli Konqres partiyasının sədri İxtiyar
Şirin Azərbaycanın milli şəxsiyyəti kimi tərbiyəsini öz ailəsində - atası
Əlibala Şirinovun yanında alıb. Türk tayfası Barlaslardan olan Əmir Teymur Azərbaycanı
idarə etdiyi dövrdə Qarabağı bir siyasi mərkəz halına gətirmişdi. Əmir Teymurun
göstərişi ilə Qarabağda moğol yürüşlərindən sonra dağılmış Beyləqan şəhərinin bir hissəsi 1403-cü ildə
bir ay ərzində bərpa edilmiş və yenidən tikilmiş, Araz çayından Beyləqan şəhərinə
qədər uzunluğu 40 kilometr olan böyük Barlas arxını bir ay ərzində çəkdirmişdi.
Beyləqan şəhəri Teymur imperatorluğu dövründə bu dövlətin qeyri-rəsmi
paytaxtına çevrilmişdi. Əmir Teymur dövlətinin
özəyini təşkil edən Barlaslar da doğma Xalaçlarla birlikdə həmin dövrdən Beyləqanda
yurd saldılar. Barlaslar Azərbaycanda Teymur imperatorluğunun hakimiyyəti tamamlandıqdan sonra Səmərqəndə geriyə dönmədilər, Beyləqanda yaşadılar.
1920-ci illərin əvvəllərində Beyləqanda
Əlibala Şirinovun atası barlas Abdul Şirin oğlunun və əmisi Cahangir
Şirin oğlunun təsərrüfatında üç minə qədər qoyun, mal-qara və əkin sahələri var
idi. Onlar qoyun, mal-qara saxlamaqla yanaşı əkinçiliyə də çox üstünlük verir,
yığdıqları taxılı, düyünü və başqa məhsulları bazara göndərirdilər. Onların evi
kasıb, kimsəsiz, yetim, imkansız insanların pənah yerinə çevrilmişdi. Bu evə
yardım istəməyə gələn əli boş geri dönməzdi.
Əhli-beyt həyatı yaşayan Barlasların evi ocaq hesab edilirdi.
Əlibala Abdul oğlu Şirinov ( 14.10.1928 - ci il )
Əlibala Abdul oğlu Şirinov ( 14.10.1928 - ci il )
Əlibala Abdul oğlu 1925-ci ildə 19 yaşı olanda
özünün 22 yaşı olduğunu bildirib Azərbaycan Milli Taburuna hərbi xidmətə
girmiş, həmin vaxtdan babası Şirinin adı ona soyadı olaraq verilmişdi. 1927-ci
ildə o, hələ hərbi xidmətdə olan zaman Beyləqanda onların evinə böyük bir
basqın olmuş, atası Abdul və əmisi Cahangir öldürülmüş, qardaşı Baxış
oğurlanmış, var-dövlətləri talan edilmişdi. Bu xəbəri alıb evlərinə dönən
Əlibalanı da qətlə yetirmək üçün onların evinə basğın edilmiş, lakin o, öz
qoçaqlığı sayəsində basqınçıların təqibindən qurtarmışdı. Hərbi xidmətə davam
etmək üçün geriyə dönən Əlibala Şirinov 1927-ci ildə xəstələndiyinə görə
ali hərbi məktəbə gedə bilməmiş, həmən il də hərbi xidmətini başa vurub evlərinə
gəlmişdir. Evləri və təsərrüfatları dağıdılmış olan Əlibala Şirinov Beyləqanda
doğma Xalaç camaatı ilə birlikdə qurduqları Dünyamallar kənd sovetində mühasib,
kənd soveti sədri, 1935-1936-ci illərdə Gödəklər kəndində qurulan kolxozun sədri,
1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda, sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray
Əsədovun adı ilə adlanan kolxozun sədri olmuş, 1947-cı ildən başlayaraq vəfat
etdiyi 1973-cü ilə qədər altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmiş, 1952-ci ildə ona Sosialist Əməyi Qəhramanı adı verilmiş, iki Lenin ordeni, Şərəf Nişanı ordeni, SSRİ-nin başqa orden və medalları ilə təltif edilmişdir.
Əlibala Abdul oğlu Şirinov ( 1939 - cu il )
Əlibala Abdul oğlu Şirinov ( 1939 - cu il )
Əlibala Şirinovun Azərbaycanda həm xalqın
arasında, həm də respublika rəhbərliyinin içərisində hörməti və nüfuzu o qədər
böyük idi ki, o, lazım olanda respublikanın mühüm işləri ilə bağlı məsələlərdə
də öz mövqeyini bildirir və bu mövqeyini müdafiə edirdi. Bu cür məsələlərdən
biri SSRİ-nin rəhbəri İosif Stalinin
1953-cü ilin mart ayında vəfat etməsindən sonra olmuşdu. 1948-1952-ci illərdə
SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə
azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən sonra SSRİ Nazirlər
Sovetinin rəhbərliyi Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycanın istifadəsində
olan Ermənistanın ərazisindəki yüz minlərlə
hektar torpaq sahəsinindən istifadə etməsinə son verməsi tələbi ilə tapşırıq
vermişdi. Moskva bu tələbini son illərdə xarici ölkələrdən Ermənistana xeyli
erməni ailələrinin gəlməsi ilə, buna görə
də onlara iş və yaşayış şəraitinin yaradılması zərurətinin yaranması ilə əsaslandırmışdı.
Moskvanın bu tələbi Azərbaycan SSR
Nazirlər Sovetinin iclasında müzakirəyə çıxarılmışdı. Nazirlər Sovetinin iclasında Mircəfər Bağırov bu tələb barədə məlumat
verib, iclasda iştirak edənlərə bu barədə çıxış etməyi təklif etmişdir. Müzakirədə
çıxış edənlərin hamısı bu torpaqlara Azərbaycanın ehtiyacının olmadığını, Azərbaycanın
Ermənistan torpaqlarından istifadə etməsinə son verməsinin doğru olacağını,
buna görə də Azərbaycan SSR Nazirlər Sovetinin belə qərar qəbul etməsini təklif
etmişdilər. Respublika rəhbərliyindən, rayon və şəhər rəhbərlərindən iclasda çıxış
edənlər həmin torpaqlarda min illər ərzində Azərbaycanlıların yaşadığını, bu
torpaqların tarix boyu Azərbaycanın təsərrüfat və iqtisadi fəaliyyətinin tərkib
hissəsi olduğunu heç yada da salmamışdılar. Həmin iclasda vəziyyətin çox
acınacaqlı olduğunu görən Əlibala Şirinov iclasda çıxış etmək üçün söz istəmişdir.
Tribunaya çıxan Əlibala Şirinov öz çıxışında Mircəfər Bağırova müraciət edərək
belə bir qərarın qəbul edilməsinin doğru olmayacağını bildirmişdi. O, öz
çıxışında demişdi ki, onun özünün rəhbərlik etdiyi kolektiv təsərrüfatın 50000
(əlli min) qoyunu var. Əgər Ermənistan ərazisində onların istifadəsində olan
otlaqlar olmasa, bu qoyunları saxlamağa yer olmayacaq və bu heyvanlar tələf
olacaq. Ona görə onun özü belə bir qərarı yerinə yetirə bilməyəcəkdir.
Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi, Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı müdafiə etmişdi.
Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi, Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı müdafiə etmişdi.
Əlibala Şirinovun dediklərini dinlədikdən
sonra Mircəfər Bağırov əsəbi halda tribunaya yaxınlaşmış və ona demişdi ki, Siz
nə cürətlə SSRİ rəhbərliyinin verdiyi təklifin əleyhinə çıxırsınız? Bilmirsiniz
ki, mən Sizi elə buradaca güllələyərəm. Sonra o, Əlbala Şirinovun tribunada
sakit və təmkinli dayandığını görüb, ona zaldakı yerinə getməsini bildirmişdi.
Bundan sonra heç bir çıxış olmamış, qərar qəbul edilməsi üçün fasilə elan
edilmişdi. Fasilədən sonra qəbul edilən qərar səsləndiriləndə isə iclasda olanların
hamısı bu qərarı təəccüblə qarşılamışdılar. Qəbul edilən qərar əksəriyyətin
dediyinin əksinə, Moskvanın etdiyi tələbə qarşı Əlibala Şirinovun etirazına
uyğun qəbul edilmişdi. Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə
belə bir qərar qəbul edə bilməyəcəyini, Ermənistan ərazilərində olan otlaq
torpaqlardan imtina edə bilməyəciyi bildirmişdi. Bu məsələ bununla da qapanmış,
1985-ci ildə Azərbaycan rəhbərliyi Moskvanın eyni tələbini qəbul edənə qədər bu
torpaqlar Azərbaycanın istifadəsində qalmışdı. 1985-ci ildə Azərbaycan rəhbərliyi
bu torpaqlardan imtina etməsi ilə bağlı razılıq qərarı qəbul edərkən, bu qərara
Azərbaycan rəhbərliyindən heç kim etiraz etməmişdi. Bu qərarın qəbul edilməsindən
dərhal sonra Azərbaycanın kənd təsərrüfat müəsisələrində yüz minlərlə mal-qara
və qoyun kəsilərək ləğv edilmişdi. Ancaq 1953-cü ildə isə SSRİ-nin repressiv
rejiminin tüğyan etdiyi ağır dövdə tək bir nəfərin - Əlibala Şirinovun öz
ölümünü gözə alıb Moskvanın tələbinə qarşı çıxması Azərbaycanın xeyirinə qərar qəbul edilməsi ilə
nəticələnmişdi.
Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.
Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.
Əlibala Şirinov həm Azərbaycanda, həm də
SSRİ məkanında heç kimin görə bilmədiyi quruculuq işləri gerçəkləşdirdi. O,
özünün rəhbərlik etdiyi kollektiv təsərrüfatın əldə etdiyi gəlirin hesabına
1957-ci ildən başlayaraq məktəbləri, xəstəxanası,
uşaq baxçası, evlərində telefonları, gecə işıqlandırılan asfalt küçə və səkiləri
olan 500 müasir iki mərtəbəli daş evlərdən tikilmiş bir kənd saldı. Sonrakı bir
neçə il ərzində hər birində soyuducu və televizoru olan 1000 evli müasir bir kənd
yarandı. Bu kəndə təkcə Moskvadan və SSRİ-nin başqa-başqa yerlərindən yox,
Avropanın sosialist ölkələrindən də gəlib, görülən işlərə heyranlıqla
baxırdılar.
Əlibala Şrinov həyatı boyu öz vətəni üçün
bir çox vacib məsələlərin həllində doğru qərarların qəbul edilməsinə çalışmış və buna nail olmuşdur. O, həmişə insanları
müdafiə etmiş, onların haqsız cəzalandırılmasının qarşısını almışdır. Əlibala
Şirinovun rəhbərlik etdiyi təsərrüfatın və öz qazancının böyük bir hissəsi
yetimlərin, tənha yaşlı adamların, başqa imkansızların, ali məktəblərdə təhsil
alan tələbələrin ehtiyaclarınan ödənməsi üçün sərf edilirdi. İkinci Dünya
Müharibəsi başladıqdan sonra 1941-ci ildə cəbhəyə yola düşən Əlibala Şirinov Azərbaycan
SSR hökumətinin qərarı ilə ölkənin ərzaqla təmin edilməsi zərurəti olduğu
üçün öz iş yerində qaytarılır və o, müharibə illərində ölkənin ərzaqla təmin
edilməsi üçün çox böyük işlər görür. Müharibə illərində və müharibədən sonrakı
illərdə də Əlibala Şirinov Azərbaycanın hər yerindən çörək dalınca Dünyamalılara onun yanına gələn minlərlə
insanları geriyə əliboş qaytarmamışdı.
Azərbaycanın siyasi, təsərrüfat, elmi və mədəni
elitasının, zəhmətkeş insanların, bütün elin və camaatın böyük hörmətini
qazanan Əlibala Şirinovun Dünyamalılar kəndindəki evi, eyni onu əcdadları olan
Barlasların, onun atası Abdulun və əmisi
Cahangirin evləri kimi, insanlar üçün bir ocağa çevrilmişdi. Bilavasitə öz evlərində
uşaq vaxtlarından Azərbaycanın rəhbərliyi və başqa mühüm adamları ilə tanış
olması, Azərbaycanın məsələləri ilə bağlı söhbətləri dinləməsi, atasının
insanlara və vətənə xeyir verən işlərinin şahidi olması 1952-ci ildə anadan
olmuş İxtiyar Şirini çox gənc yaşlarından insanlara və Azərbaycana bağlı bir şəxsiyyət
kimi yetişdirmişdi.
Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdikdə
dövlətin qərarı ilə Bakı şəhərində İkinci fəxri xiyabanda dəfn edildi. Onun vətənə
və insanlara xidmət yolunu oğlu İxtiyar Şirin davam etdirdi.
Fitat Məhəmməd qızı Şirinova ( 1957-ci il )
Fitat Məhəmməd qızı Şirinova ( 1957-ci il )
İxtiyar Şirinin anası Fitat xanım ( doğum tarixi 1919-cu il ) Qarabağın tanınmış, var-dövlətli şəxsiyyətlərindən
biri olan Qaradolaq tayfasından Kərbalayı Nəsirin nəvəsi idi. Çox böyük
var-dövlət sahibi olan Kərbalayı Nəsirin indiki Xocavənd ərazisindəki
torpaqlarında yerləşən mülkündəki qoyunların sayı on mindən çox idi. Kərbalayı
Nəsir vəfat etdikdən sonra onun oğlu Məhəmməd Kərbalayı Nəsir oğlu (Fitat xanımın
atası) öz qardaşları ilə bu təsərrüfatı, var dövləti iki dəfə artırdılar.
Əliaçıq bir nəsil olan bu ailə hər zaman yoxsullara, kimsəsizlərə, imkansızlara
əl tutur, yardım edirdilər. Onlar öz səxavətləri
ilə hamının hörmətini qazanmışdılar. Azərbaycanda Sovet hakimiyyətinin gətirdiyi
qaydalarla barışmayan bu ailənin at belində beşatlan tüfəngləri ilə öz azad həyatını
qoruyan gənc oğullarının əksəriyyəti rus əskərləri tərəfindən təqib edilərək qətlə
yetirildilər. Bu qətliamlardan salamat qurtaran
Məhəmməd Kərbalayı Nəsir oğlu və ailənin başqa kişiləri də bu təzyiqlərə
və itkilərə dözə bilməyib, çox gənc yaşlarında vəfat etdilər. Fitat xanımın
Xalaç tayfasından olan anası Aftab xanım körpə uşaqlarını və əlində qalan
var-dövlətini götürüb Xalaç elinə, qohumlarının yanına getdi, uşaqlarını burada
böyütdü, təhsil almalarına hər cür şərait yaratdı. Belə bir ailədən olan Fitat
xanım Əlibala Şirinovla ailə qurduqdan sonra çox ağıllı, çox bilikli, çox zəhmətkeş
və çox qayğıkeş bir qadın olaraq öz ovladlarının tərbiyəsinə və təhsilinə
xüsusi fikir verirdi. İxtiyar Şirin belə bir ailədə yetişdi, tərbiyə olundu.
1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı. l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində rayon sakinlərinin hörmətini və etimadını qazandı.
1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı. l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində rayon sakinlərinin hörmətini və etimadını qazandı.
Ardı var...